Müğənni Xatirə İslam yeni işini təqdim edib.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, sənətçi Xalq artisti Ağadadaş Ağayevin "Gecdi daha" adlı mahnısına yeni nəfəs verib.
Xatirənin sevənlərinə yeni aranjimanda təqdim etdiyi ifanın sözləri Baba Vəziroğluna, musiqisi isə Kamala aiddir. Mahnının bu dəfəki aranjimanını Elvin İmanov edib.
Qeyd edək ki, "Gecdi daha" ilk dəfə Xalq artisti Ağadadaş Ağayevin ifasında dinlənilib və sevilib. O, bu mahnını ekranlaşdırıb. Klipin rejissorluğunu Ülviyyə Könül edib.
Milli.Az