Müğənni Elçin Cəfərov son vaxtlar instaqram səhifəsində etdiyi paylaşımlarla diqqət çəkib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi artıq bir ildən çoxdur fotolarının əksəriyyətində İstanbulda olduğunu qeyd edir. Elçinin ailəsi ilə bilrikdə Türkiyəyə köçdüyü bildirilib. O, işləri ilə bağlı Azərbaycana gəlib-gedir.
Cəfərov hətta ötən gün də İstanbulda qarlı havadan görüntülər yayımlayıb.
Qeyd edək ki, Elçin Xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailə qurub. Cütlüyün Can adlı övladı var.
Milli.Az