Şou-biznes

Azərbaycanlı aktrisa verilişinə görə xəstəxanalıq oldu - VİDEO

14 Mart 2022 17:24
0 Şərh     Baxış: 2 104
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Fidan Axundova "O üz" verilişindən sonra psixoloqa müraciət etdiyini açıqlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, "Söz Baz" proqramına danışıb.

Fidan deyib ki, sözügedən layihə ağır və ağrılıdır:

"Dərdli insanların göz yaşlarını görüb, onlara az da olsa, kömək edirik. Deyirlər, sevinci paylaşanda çoxalır, kədəri bölüşəndə azalır. Mən də onların dərdinə şərik oluram. Buradan gedəndə üzlərindəki yüngülləşməni hiss edirəm. Fikirləşirdim ki, qonaqlarla əvvəldən görüşüb danışsam, mənim üçün daha rahat olar. Sonra gördüm ki, belə deyil. Onların dərdini ilk dəfə studiyada dinləyirəm. Bütün hissləri elə kamera qarşısında yaşayıram. Elə bilirdim ki, bir müddət sonra buna alışacam və rol aparmağa başlayacam. Amma yox, belə olmadı. Özümü qarşımdakı insanın yerinə qoyuram. Son dönəmlər gördüm ki, gecələr yata bilmirəm, çətinliklər yaşayıram, o insanların sözləri yadıma düşür. Ona görə psixoloji dəstəyə ehtiyac duydum. Peşəkar dəstəkdən sonra məlum oldu ki, emosional insanam, şeirləri boş yerə yazmırmışam. Sadəcə duyğularımı içimdə yaşayırmışam. Dəstəyin mənə faydası oldu".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.