Şou-biznes

"Burnundan gəlsin" - Aktrisa ilə qardaşı efirdə dava etdi - VİDEO

13 Mart 2022 05:31
1 Şərh     Baxış: 2 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Sonaxanım Əliyeva ilə qardaşı Rüfətlə efirdə dava edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa qardaşının anası dünyasını dəyişəndə ondan gizlətdiyini deyib. "Elgizlə izlə" proqramına qonaq olan Sonaxanımın dediklərini qardaşı yalan adlandırıb. Bacı ilə qardaş efirdə ev davası ediblər. 

"Anasına baxmayıb, atıb küçəyə, qapıları bağlayıb. Mən də anama sahib çıxdım. Anam da dedi ki, evi vermişəm, indi geri alıram. Verdi məhkəməyə, vəsiyyətnamə yazılmayıb" deyə, Rüfət bacısı haqda danışıb. 

Aktrisa isə deyib ki, 22 il anasına baxıb, qardaşı isə ev üçün anasını onun yanından götürdüyünü deyib:

"Anana niyə baxmadın? Qara torpağın altına göndərdin. Evimə gələn ərzaqları yarıdan bölüb sənə göndərmişəm. Burnundan gəlsin. Anamın evini yazdan bu yanan kirayə vermisiniz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.