Şou-biznes

Rasim Balayev Rüstəm İbrahimbəyovun ölümündən DANIŞDI

12 Mart 2022 11:00
0 Şərh     Baxış: 2 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rüstəm İbrahimbəyovun Moskvada xəstəxanada olduğunu bilirdim. Eşitmişdim ki, komadadır. Amma ümidim var idi ki, sağalacaq. İndi xəbəri eşidib çox sarsıldım"

Milli.Az xəbər verir ki, bu fikirləri bizim media-ya açıqlamasında Azərbaycanın Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayev deyib.  
Rasim Balayev Rüstəm İbrahimbəyovun vəfatını Azərbaycan mədəniyyəti üçün böyük itki adlandırıb:

"Rüstəm İbrahimbəyovun vəfatı Azərbaycan dramaturgiyası, kinosu üçün ağır itkidir. Bizim ümumittifaq, ümumdünya miqyasında tanınan məşhur adamlarımız olub. Məsələn, Qara Qarayev, Fikrət Əmirov, Niyazi. Amma son illərdə sənət aləmində Azərbaycanı dünyada tanıdan iki adam var idi. Tahir Salahov və Rüstəm İbrahimbəyov. Bilirsiniz, adamlar gələcək, gedəcək... Amma elə adamlar var ki, onların yerini heç kim verməyəcək.  Rüstəm İbrahimbəyov belə adamlardan idi. Allah rəhmət eləsin".
Xatırladaq ki, Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov uzun sürən xəstəlikdən  ötən gecə dünyasını dəyişib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.