Rusiyanın Xalq artisti Anna Netrebkonun yerinə Nyu-Yorkda "Metropolitan Opera" teatrında kimin yer alacağı açıqlanıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, operada ukraynalı müğənni Lyudmila Monastırskaya çıxış edəcək. Bu haqda teatrın mətbuat xidməti məlumat yayıb.
"Anna Netrebkonu "Turandot"da Lyudmila Monastırskaya əvəz edəcək. "Don Karlo" tamaşasında Elizabet de Valua obrazını 2022-2023-cü ildə kimin əvəz edəcəyi sonra açıqlanacaq" deyə, açıqlamada bildirilib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi hücumundan sonra bir çox rus məşhur, eləcə də Anna teatrdan uzaqlaşdırılıb.
Xatırladaq ki, Anna Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır.
Milli.Az