Şou-biznes

Çingiz Əhmədov Rafaellə Coşquna söz atdı

25 Fevral 2022 13:52
3 Şərh     Baxış: 2 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Həyat yoldaşım hüquqşünasdır. Ziyalı ailənin övladı olub. O vaxt qayınatam onu mənə vermirdi. Amma ona sübut etdim ki, ailəcanlıyam, onu qoruyacam. Deyirdi ki, aktyordu taleyi küçələrdədir. Maşallah, qızım ailəlidir, oğlum da göz önündədir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri  Əməkdar artist Çingiz Əhmədov "Həmin Zaur" proqramında deyib. Həyat yoldaşından danışan aktyor qayınatasının onu istəməməsindən danışıb.

Ç.Əhmədov aparıcının "Demisiniz ki, Rafael-Coşqun Rəhman-Çingiz (Əməkdar artist Rəhman Rəhmanov - red.) birləşməsinin təkrarıdır" sözlərinə belə cavab verib:

"Hər kəsin öz yolu var. Müəyyən vaxta qədər arvad paltarı geyindik, sonra saxladıq, geyinmədik. Biz bunu sovet dövründə etmişik. Konsertlərinə getməmişəm, vaxtım olmur. 2009-cu ildə sonuncu konserti verdim və dedim ki, qadın paltarı geyinmək bitdi. Əgər mən onları öz konsertimdə görməmişəmsə, niyə gedim onların konsertinə?".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.