Şou-biznes

90 milyonluq təyyarəsi təcili eniş etdi

24 Fevral 2022 20:24
1 Şərh     Baxış: 1 512
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyaca məşhur müğənni Elton Conun şəxsi təyyarəsi nasazlıq səbəbindən təcili eniş etməli olub.

Milli.Az olay-a istinadən yazır ki, 74 yaşlı ingilis sənətçinin 90 milyon dollar dəyərində şəxsi təyyarəsi İngiltərədən Nyu-Yorka gedərkən qorxu dolu anlar yaşayıb. Belə ki, icazə istəyən pilot sürəti saatda 130 km-ə çatan külək səbəbindən iki dəfə təcili enişini ləğv etməli olub və yenidən dövrə vurub.

Pilot yalnız üçüncü cəhddə uğurla eniş edib. "The Sun" qəzetinə danışan mənbələr məşhur müğənninin hadisədən sarsıldığını bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.