Şou-biznes

Tünzalənin “star” libası replika imiş…

10 Fevral 2022 18:36
0 Şərh     Baxış: 1 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artristi Tünzalə Ağayevanın bir neçə ay əvvəl "Səs Azərbaycan"da geyindiyi və "star əlbisəsi" adlandırdığı libasın dünyaca məşhur model Bella Hadidin paltarından ilhamlandığı ortaya çıxıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçinin çəhrayı və yaşıl rənglərdən ibarət, sinə hissəsi tül olan paltarı Bella ötən il Kann Kino Festivalında istifadə edib. 

Hadidin libası fransız brendi "Jean Paul Gaultier"ə məxsusdur. Ağayevanın libası isə yerli modelyerlərimizdən biri tərəfindən hazırlanıb.

Hadidin libası ağ və qara rəngdədir, daha uzundur. Həmçinin paltarın qara rəngli tülü arxa tərəfdədir. Tünzalənin libasının ön hissəsində yarıq var və yaşıl rəngli tül oradadır. Bununla yanaşı, onun donu Bellanın paltarından qısadır. Həm də Bellanın libasında boğazdakı tül daha səliqəli yerləşdirilib, Tünzalədə isə daha dağınıqdır.

Xatırladaq ki, Ağayevanın sözügedən "look"u sosial şəbəkələrdə müzakirə yaratmışdı. Əksəriyyət onu tənqid etmişdi.   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.