Şou-biznes

31 yaşı tamam olan Günay İbrahimli: "Evlilik haqqında fikirləşirəm" - FOTO

10 Fevral 2022 12:00
0 Şərh     Baxış: 2 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün müğənni Günay İbrahimlinin 31 yaşı tamam olur.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, ad günü münasibətilə sosial şəbəkədə paylaşım edən sənətçi instaqram izləyicilərinin də suallarını cavablandırıb.

Uzun müddətdir şəxsi həyatında heç kim olmayan Günay izləyicisinin "Evlilik haqqında nə fikirləşirsiniz?" sualına belə cavab verib:

"İnsan var olduğu müddətdə hər şey haqqında fikirləşir. Evlilik haqqında fikirləşirəm, o cümlədən yeni mahnılar, kliplər, moda haqqında da fikirləşirəm".

Günay tez-tez efirlərə çıxmamasından da danışıb:

"Vaxt azlığından verilişlərə çıxa bilmirəm. Ürəyimcə və zövqümcə olan proqramlar da azdır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.