Şou-biznes

"Kəndçiliyindən çıxmayıb" - tanınmış müğənni SSRİ xalq artistini aşağıladı

7 Fevral 2022 20:42
1 Şərh     Baxış: 1 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Caz və estrada müğənnisi, 1980-ci illərin ulduzu İrina Ponarovskaya Rusiya şou-biznesinin nümayəndələri haqqında kəskin danışıb.

Milli.Az xəbər verir ki, bu barədə "Delfi" məlumat yayıb. İfaçı Alla Puqaçovanı "qəsrdə yaşayan kəndçi" adlandırıb. "Bir qızı kənddən çıxara bilərsiniz, ancaq kəndi onun içindən çıxara bilməzsiniz ... Və insanın soyadının Puqaçova və ya Şeron Stoun olmasının əhəmiyyəti yoxdur. Mənim üçün kəndçidir" deyib.

Ponarovskaya əlavə edib ki, yerli şou-biznesdə "sərvət və şou-biznes çılğınlığı" var. Onun fikrincə, artistlər özlərini kral adlandırır və özlərindən başqa heç nə ilə maraqlanmırlar.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.