Şou-biznes

"Arsız, gülümsəyərək video çəkib, sonra da sildin" - Azaddan Navaiyə

4 Fevral 2022 12:50
0 Şərh     Baxış: 1 137
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada məşhurlaşan azərbaycanlı reper Navainin (Nəvai Bəkirov) Bakı haqqında dediyi qeyri-etik ifadəyə bu dəfə müğənni Azad Şabanov reaksiya verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Navainin dediklərinə görə cəzalandırılmalı olduğunu vurğulayıb:

"Əməlli çaşdın. Üzünə çox məqamları deyib, başa salmaq lazımdır. Bu baş sənə niyə verilib? Arsız, eyib-eyib gülümsəyərək üzr videosu çəkdirdin, sonra hələ bir onu da sildin. Sən kimə qulaq asırsan, hansı ağılla yaşayırsan? Necə bir beyinə malik olan insansan? Ümid edirəm, bunlar yaddan çıxmaz. Bu sözlərimi hamıya şanil etmirəm".

Qeyd edək ki, bundan əvvəl Əməkdar artist Xəyyam Nisanov da Navai ilə paylaşım edərək, onun Bakıya buraxılmamasını istəmişdi.  Navai isə üzr videosunu bir gündən sonra instaqram hesabından silib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.