Şou-biznes

Xalq artisti oğluna 3 gün 3 gecə toy edəcək

2 Fevral 2022 12:26
3 Şərh     Baxış: 1 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Xalq artisti "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinovun oğlu Ümidin toyudur.

Milli.Az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, sənətçinin musiqiçi oğlu Alim Qasımovun nəvəsi Fatimə ilə nikah masasına əyləşəcək. Onların xoş gününə incəsənət və digər sahələrin tanınmış simaları dəvət olunub. 

Lent.az onu da əlavə edir ki, N.Şirinov oğlu üçün daha iki gün toy edəcək. O bildirib ki, bu addımı atmasına səbəb, pandemiya ilə əlaqədar toylara 150 nəfərdən çox adamın gəlməsinə icazə verilməməsidir.  

Qeyd edək ki, Fatimə Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ümid atası kimi nağara ifaçısıdır. Cütlüyün nişan mərasimi ötən il baş tutmuşdu. Bu il yanvarın 30-da isə onların qız toyu olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.