Şou-biznes

Nanə Anar Ağakişiyevə görə ATV-dən gedir?

28 Yanvar 2022 13:10
1 Şərh     Baxış: 4 668
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Nanə Ağamalıyevanın uzun illərdir çalışdığı "Azad Azərbaycan" (ATV) telekanalı ilə yollarını ayırdığı iddia olunur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aparıcı şirkətdə vəzifəyə gətirilən stilist Anar Ağakişiyevlə aralarında yaranan fikir ayrılığı səbəbindən "Günün sədası" verilişinin  ötəngünkü canlı efirindən sonra əşyalarını toplayıb və ATV-dən gedib.

Belə ki, A.Ağakişiyevə telekanalın efirinə çıxan aparıcıların saç və makiyajına nəzarət etməsi tapşırılıb. Rəhbərlik isə əməkdaşlarına bildirib ki, stilistin fikri ilə razılaşmayanlar işdən çıxa bilər. N.Ağamalıyevanın da gedişi bununla əlaqəlidir.

Bu gün isə ATV-də saat 15:00-a kimi profilaktika olduğundan aparıcı efirə çıxmayıb. Onun sabahkı efirə gəlib-gəlməyəcəyi isə sual altındadır.

Telekanalın mətbuat katibi Ozal İbrahimli "Qafqazinfo"ya açıqlamasında yayılan məlumatın əsassız olduğunu bildirib.

N.Ağamalıyevanın özü ilə əlaqə saxlamağa çalışsaq da, nömrəsinə zəng çatmayıb, A.Ağakişiyev isə zənglərimizi cavabsız qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.