Şou-biznes

Aygündan aparcıya vida mesajı - Dostluq bitdi

7 Yanvar 2022 14:34
0 Şərh     Baxış: 2 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aygün Kazımova və TV-radio aparıcısı Kazım Sübhanın dostluğu bitib. 

Milli.Az Olay-a istinadən xəbər verir ki,bu barədə K. Sübhan "Özel Tube" proqramında qonaq olarkən deyib.  

O, Kazımovanın ona vida mesajı yazdığını qeyd edib:

"Aygün Kazımova ilə münasibətlərimiz soyuqdur. Bunun səbəbini də bilmirəm. Keçən ilin aprelində münasibət qırıldı. Mənə bir vida mesajı yazdı. Normal qarşıladım. Aygün Kazımova ilə zaman-zaman münasibətimiz korlanıb, yazdığı mesaja "Ok" yazmışam. Mənim üçün iki Aygün Kazımova var. Biri zamanında dost bildiyim, digəri isə hamının tanıdığı superstar Aygün Kazımova! Hazırda mənim üçün ikinci variantdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.