Şou-biznes

"Toya bahalı paltar geyinməlisən ki, çox pul versinlər" - Aygün Bəylər

7 Yanvar 2022 17:30
2 Şərh     Baxış: 989
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarderobumda çox şey yoxdur, ola da bilməz. Əsas odur ki, papaq var".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər "Həmin Zaur" proqramında deyib. Xanəndə geyimləri haqda sualları cavablandırıb:

"Geyimə çox pul xərcləmirəm. Amma hərdən deyirlər, toya bahalı paltar geyinməlisən ki, çox pul versinlər. Uşaq olanda bahalı geyim, maşın gözəl olur. Böyüyəndə isə yox. Mənə o qədər brilyant üzük, nələrsə veriblər. İstifadə etmədiyim üçün hamısını başqalarına bağışlamışam".

İfaçı 3-4 ildir telefon işlətmədiyini söyləyib:

"Zənglərə hər zaman özüm cavab vermişəm. Mənim çantadaşıyanım, prodüserim, telefona cavab verənim olmayıb. Amma yorulmuşam, xahiş etmişəm mənim telefonla işim olmasın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.