Şou-biznes

“Qoca adamam, nə yeriyə, nə də yaxşı danışa bilirəm" - Xalq Artisti

30 Dekabr 2021 12:24
1 Şərh     Baxış: 1 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

""Dəşti" təsnifimi nəinki Azərbaycanda, bir çox ölkələrdə, Türkiyədə, İranda ifa ediblər. Bu təsnifi bütün dünya bəyənir. Faiq də bu mahnını özünəməxsus şəkildə ifa edib, klip də çəkdirib. O bu təsnifə yeni nəfəs gətirdi, onu estrada yolu ilə ifa etdi. Mahnılarımının müğənnilər tərəfindən oxunmasını yalnız alqışlaya bilərəm. Amma çalışsınlar düzgün ifa etsinlər. Özü də Faiq məndən halallıq alıb bunu ifa etmişdi. Mən zamanında ona öz təşəkkürümü bildirmişəm, sizin vasitənizlə bir daha ona təşəkkür edib, doğum gününü təbrik edirəm. Çox sağ olsun ki, oxuyub, ifa edib, insanlara sevdirə bilib"
 
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, xanəndə Əlibaba Məmmədov bildirib. Xanəndə daha sonra əlavə edib.
 
"Qoca adamam, nə yeriyə, nə də yaxşı danışa bilirəm. Danışmaq, ağızdan söz çıxarmaq böyük bir məsuliyyətdir. Ona görə də bəzi hallarda bu məsuliyyətdən boyun qaçırıram, müsahibə vermirəm. Mən bilmirəm ki, sabah yaşayacağam yoxsa yox. Bütün Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni ilini ürəkdən təbrik edirəm, onlara uzun ömür, can sağlığı arzulayıram. Ən gözəl biclik düzlükdür, çalışıb düzgün danışsınlar, heç nədən qorxmasınlar. 2022-ci ilin xoş gəlməsini arzulayıram" deyə xanəndə bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.