Aktyor Uraz Kayqılaroğlu baş rolunu canlandırdığı "Üç kuruş" serialının çəkiliş meydanında yaşadığı gərginliyə aydınlıq gətirib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sözügedən ekran işinin aktyorları ötən gecə məkanların birindən çıxarkən görüntülənib. Çəkiliş meydançasında dava etməsi iddiaları ilə gündəmə gələn Uraz mövzu ilə bağlı danışıb.
"Sinan qardaş (red. - rejissor Sinan Öztürk) məni camaatın gözü qarşısında döydü. Onların arxasında "Çukur" komandasından güclü izdiham var, amma söhbət şirinliklə bağlandı. Mən də döyülməyimlə bağlı həkimdən arayış almadım" - deyə, Uraz şayiələrə zarafatla qarşılıq verib.
Gecədə birlikdə əylənən çəkiliş heyəti arasında azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin olmaması diqqətdən yayınmayıb.
Qeyd edək ki, U.Kayqılaroğlu ekran işində "Kartal" obrazını canlandırır.
Milli.Az