Şou-biznes

"Güzgüyə baxanda gözəl hiss etmirsinizsə, əməliyyat edin"

27 Dekabr 2021 18:18
0 Şərh     Baxış: 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli model Özge Ulusoy estetiklə bağlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, estetik əməliyyatları ilə gündəmdə olan model "Heç qorxmursunuz?" sualına belə cavab verib:

"Yox, niyə qorxmalıyam? İstədikdən sonra qorxumaram, qoy, hər kəs ehtiyacı olan hər şeyi etsin".

O, xarici görünüşündə dəyişiklik etdiyi üçün tənqidlərə tuş gələn qadınları müdafiə edib:

"Güzgüyə baxanda sizi gözəl hiss etdirməyən hər şeyi əməliyyat edin, bacardığın qədər xoşbəxt olun. İnsan xoşbəxtdirsə, ətrafındakı cəmiyyət də elədir. Buna görə də sizi xoşbəxt etməyən şeyləri dəyişin".

Faruk Çolakoğlu ilə sevgili olan Özge evliliklə bağlı suallara "Bu işlər qismətdir, xeyirlisi" deyə, cavablayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.