Şou-biznes

Atası Britni Spirsdən əl çəkmir və yenə pul istəyir

21 Dekabr 2021 19:24
0 Şərh     Baxış: 789
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Britni Spirsin atası Ceymi Spirs qəyyum vəzifəsindən uzaqlaşdırılmasından 1 ay belə keçməmiş qızına qarşı növbəti vəsatət qaldırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  Ceymi ifaçıdan vəkillərinin xərclərini ödəməyə davam etməsini tələb edib. Onun fikrincə, bu, Britninin özünün də maraqlarına uyğundur.

İfaçının vəkili Metyu Rozenqart Ceyminin hərəkətinə münasibət bildirərək onun tələbini "biabırçı" adlandırıb:

"Cənab Ceymi Britnidən qəyyum kimi milyonlarla dollar alıb, vəkillərinə daha milyonlarla pul ödəyib. Və bütün bunlar Britninin əməyi və zəhmətlə qazandığı pul sayəsindədir. Qəyyumluğa xitam verilib və o, rüsvayçılıqla vəzifəsindən uzaqlaşdırılıb. Yaranmış şəraitdə onun tələbi hüquqi cəhətdən əsassız olmaqla yanaşı, sadəcə olaraq iyrəncdir. Bu, qızını sevən atanın edəcəyi hərəkət deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.