Şou-biznes

Brilliant Dadaşova: "Özümdən zəhləm gedir"

20 Dekabr 2021 14:24
0 Şərh     Baxış: 1 154
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Balaca olanda küçədə çarəsiz, gözü görməyən, əli-ayağı olmayan, ya da dilənçilik etməyə məcbur olan insanları görəndə, evdə ağlayırdım".

Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında yazıb. Müğənni "Səs Azərbaycan" yarışmasında komandasından uzalqaşdırdığı iştirakçılardan bəhs edib:

"Deyirdim ki, belə qəddar dünyada yaşamaq istəmirəm. Dünyadan zəhləm gedir. Hələ böyüdükdən sonra özümün nə hücumlara, şərlərə, böhtanlara məruz qalacağımdan xəbərsiz idim. "Səs Azərbaycanda" qaydalara görə Fuadı kənarlaşdıranda özümdən də zəhləm getdi. Mirəhmədi də oyundan kənar etsəydim, eyni hissi yaşayacaqdım. Kimi uzaqlaşdırdımsa, paralel olaraq eyni hissi yaşadım. bu nə dünya, bu nə mizah, bu nə imtahan, bu nə sınaq... Yaxşı ki, özümə təsəlli verməyə imkan var. düşünürəm ki, onları tanıdım. Sənət yollarında az-çox onlara dəstək ola bilərəm. Nə olsun ki, düşünürəm. Bunları etməyənə qədər gözümə yuxu getmir ki... Özümdən zəhləm gedir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.