Şou-biznes

İçkiyə qurşanmasında keçmiş arvadını günahlandırdı

16 Dekabr 2021 15:12
0 Şərh     Baxış: 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Cennifer Lopezin sevgilisi, aktyor Ben Afflekin keçmiş həyat yoldaşı Cennifer Qarner barəsində işlətdiyi sözlər tənqid olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor "The Howard Stern Show"ya müsahibəsində spirtli içkilərdən asılı olduğu vaxtlardan danışıb. O, içkiyə qurşanmasını keçmiş arvadı Cennifer Qarnerlə bağlı olduğunu iddia edib. Ben Qarnerlə ailə həyatı qurduqdan sonra daha çox içməyə başladığını və əgər boşanmasaydı, bu bataqlıqdan çıxa bilməyəcəyini vurğulayıb:

"Evliliyim içkiyə başlama səbəblərindən biridir. Tələyə düşdüm. Fikirləşdim ki, uşaqlara görə (keçmiş həyat yoldaşlarından üç övladı var - red.) gedə bilmərəm. Amma xoşbəxt deyildim. Nə edirdim? Bir şüşə viski içib, divanda yuxuya gedirdim. Əlbəttə ki, bu, problemin həlli deyildi."

İzləyicilər Beni bu fikirlərinə görə qınayaraq ona "Artıq spirtli içkidən asılı olanda Qarnerlə evlənmişdin" - deyə, xatırlatma ediblər.

Qeyd edək ki, 2005-ci ildə evlənən cütlük 2018-ci ildə boşanıb. Ben və Cey Lo hazırda münasibətlərinə ikinci şans veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.