Şou-biznes

Xanımı Ağakərimdən Nazəninə görə qisas alır?

15 Dekabr 2021 16:00
5 Şərh     Baxış: 2 916
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meyxanaçı Ağamirzə şair Nazilə Səfərlinin meyxanaçı Ağakərimin oğlu Kamilin atasına psixotrop iynələr vurması ilə bağlı iddialarına cavab verib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, meyxana ustadı instaqramda video yayaraq məsələyə aydınlıq gətirib: 

"Qarşıma bir videoyazı çıxdı. Biri Kərim haqda danışırdı. Ola bilsin ki, ona yanlış məlumat verilib. Kərimə çox gözəl baxılır. Ona ancaq həkimin yazdığı dərmanlar verilir. Bunu polislə, həkimlə öyrənmək olar. Mənliyimə and olsun ki, ailəsi Kərimə çox yaxşı baxır. Oğlu da çox ağıllı oğlandır. Nazənin (müğənni Nazənin)  xanıma gəldikdə isə, o bizə hər zaman qardaş deyib. Ola bilsin, yanlış məlumatlar verilib".

Qeyd edək ki, xaricdə yaşayan videoblogerlərdən birinin iddiasına görə, illər əvvəl Nazəninlə Ağakərim sevgi yaşayıb.  

Deyilir ki, Ağakərimin xanımı isə uzun müddət əvvəl yaşanan hadisəni unutmayaraq meyxanaçadan qisas alır, onun səhhətində diqqət yetirmir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.