Şou-biznes

Xoşqədəm Hidayətqızı: "2 yaşlı oğlumu qəzet kağızlarının üstündə yatızdırmışam..." - VİDEO

13 Dekabr 2021 13:36
2 Şərh     Baxış: 1 765
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İki yaşlı oğlumu qəzet kağızlarının üzərində yatızdırmışam, baxanım yox idi".

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu sözləri məşhur aparıcı Xoşqədəm Hidayətqızı aparıcılıq etdiyi "Səni axtarıram" verilişində deyib. Aparıcı uğur əldə etmək üçün zamanında çox əziyyətlərdən keçdiyini qeyd edib:

"Filmlərə baxıb, lüks həyat yaşamaq istəyirsiniz. Lüks həyatlar, filmlər boş şeylərdir. Lüks həyat yoxdur, işləmədən heç nəyə nail ola bilməyəcəksiniz. Öz ayağınızın üzərində durmaq üçün zəhmət çəkmək, əmək sərf etmək lazımdır. Xoşqədəmə bənzəmək istəyirsiz?! İki yaşlı oğlumu qəzet kağızlarının üzərində yatızdırmışam, baxanım yox idi.

Zamanında həmin fotonu "Yeni Müsavat" qəzetinin Alim adlı fotoqrafı çəkmişdi. O zaman həmin şəkli çəkdiyi üçün ona çox qəzəblənmişdim. Amma nə yaxşı ki, çəkib. Allah ona rəhmət eləsin".

Xatırladaq ki, Xoşqədəm Hidayətqızının üç övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.