Məşhur aktyor Alek Bolduin tərəfindən təsadüfən operator Qalina Hatçinsin güllələndiyi "Pas" ("Rust") filminin yaradıcı komandası çəkilişləri davam etdirməyə çağıran məktub imzalayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mesajın mətni Bolduinin "Instagram" səhifəsində yerləşdirilib.
"Pas" filminin çəkilişi zamanı iş qrafikimiz və maaşımız ədalətli və gözləntilərə uyğun idi", - deyə məktubda bildirilir.
Məktubda daha vacib şeylərə diqqət yetirmək xahişi var.
"Pas" filminin çəkilişini nizamsız, təhlükəli və istismar xarakterli iş kimi qələmə vermək səhvdir. Bu diqqəti ən vacib olandan - Qalina Hatçinsin xatirəsindən və kino sənayesində köhnəlmiş təhlükəsizlik texnologiyası, həmçinin odlu silahlarla işləmək texnologiyasının müasirləşdirilməsi zərurətindən yayındırır", - deyə çəkiliş qrupunun üzvləri yazıb.
Bundan əvvəl filmin rejissor assistenti Memi Mitçell və baş işıqçı Serj Svetnoy Bolduini, filmin prodüserlərini və silahla işləyən texnikə qarşı məhkəmə iddiası qaldırmışdı.
Milli.Az