Şou-biznes

"Rafael Dadaşov dünyasını dəyişənə kimi o xanımı sevdi"

8 Dekabr 2021 18:24
5 Şərh     Baxış: 3 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nazim Pişiyari Xalq artisti Rafael Dadaşovla bağlı etiraflar edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bir çox mahnılarının söz yazarının məhz aktyor olduğunu deyib. Nazim bildirib ki, R.Dadaşov həmin şeirləri ayrıldığı həyat yoldaşı Sədaqət Dadaşovaya həsr edib:

"Bir dəfə ona sual verdim ki, bu qədər iztirablı məhəbbət yazırsız. Yəqin ki, ünvansız olmaz. Kimə ünvanlanır? Cavab verdi ki, Sədaqət xanıma. Dünyasını dəyişənə kimi o xanımı sevdi. Sadiqlik... Çox yumşaq adam idi. Son illər kilo almışdı, amma xarizmasını korlamırdı. "Yuxu" mahnısını nə qədər cırıb tulladı... Yazmıram, bəsdirin. Yarım saat sonra zəng edirdi ki, qulaq as. Onun yerini doldura bilmirəm".

Qeyd edək ki, Sədaqət Dadaşova Xalq artisti Brilliant Dadaşovanın bacısıdır. R.Dadaşov və Sədaqət ailəli olub. Onların 3 övladı var. Aktyor ötən il dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.