Seriallar

"Sadakatsiz"də gözlənilməz ayrılıq

28 Yanvar 2021 10:06
Baxış: 1 586
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yayımlandığı ilk gündən reytinq rekordu qıran "Sadakatsiz" serialında aktyor ayrılığı yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, əsas rollardan birini canlandıran Eren Vurdem layihəni tərk edib. Onun serialdan ayrılması ssenariyə edilən dəyişiklik əsasında reallaşıb.

Aktyor bununla bağlı sosial media hesabında paylaşım da edib:

"Əziz izləyicilərimiz. Ssenariyə əsasən "Sadakatsiz" heyəti ilə yollarımızı ayırdıq. Siz canlandırdığım Mert obrazına görə məni hər zaman təhqir etdiniz. Demək ki, obrazı lazımınca ifa edə bilmişəm. Layihədə qalan bütün dostlarıma uğurlar arzu edirəm".

Qeyd edək ki, ekran işinin baş rollarında Caner Cindoruk və Cansu Dere kimi aktyorlar çəkiliblər. Serialın rejissorluğunu Neslihan Yeşilyurt edir.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.