Zeytun yağlı lobya (1 yaş +)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zeytun yağlı lobya 1 yaş və daha yuxarı yaşda körpələr üçün uda biləcəyi şəkildə yaxşıca doğranaraq, bişirilib rahatlıqla verə bilinən bir yeməkdir.
Təzə lobya həm lif baxımından, həm də vitamin və mineral baxımından zəngindir. Qatıq ilə birlikdə çox dadlı və faydalı bir yeməkdir. 100 qramında təxminən 2 qram zülal olan bu tərəvəz, bitki mənşəli zülal ilə zəngindir. Bu tərəvəzi sağlam qidalanma üçün süfrələrinizdən əksik etməməyiniz məsləhətdir. Pomidor ilə bişirildikdə içindəki likopen (antioksidant) miqdarı ilə son dərəcə faydalı bir qida alınır.
Sağlam qidalanma üçün çox faydalı olan zeytun yağı ilə hazırlanan bu yeməyi körpələrinizin menyusuna əlavə edin. Təzə lobya lif və zülal ilə yanaşı, vitamin A, vitamin C, dəmir, mis, kalium, fosfor, maqnezium və kalsium ilə boldur. Evlərimizdə tez-tez bişirilən bu yeməyi uşaqlardan da əsirgəməmək və onları tərəvəz yeməyinə zamanında öyrəşdirmək doğru bir yanaşmadır. Uşaqların ürəklərini sındırmadan, çox məcbur etmədən, vaxtaşırı sevdikləri yeməkləri bu cür faydalı yeməklər ilə əvəz edə bilərsiniz. Unutmayın ki, heç bir vərdiş bir anda yaranmır. Onların da zamana ehtiyacı vardır.
Zeytun yağlı lobya yeməyi üçün inqrediyentlər:
200 qr təzə lobya,
1 ədəd orta boy soğan,
1 ədəd orta boy pomidor,
2 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı.
Bir yaş üstü və böyüklər üçün duz və şəkər əlavə edə bilərsiniz. Bunlar yeməyi ləzzətli etmək üçün istifadə edilən inqrediyentlərdir. Ancaq körpələrin böyrəklərini yoran bu cür inqrediyentlər, 1 yaşdan az olan körpələr üçün istifadə olunmur.
1 çay qaşığı şəkər tozu,
1 çay qaşığı ucunda duz.
Zeytun yağlı lobya yeməyinin hazırlanma qaydası;
Duzlanmış qaynayan suya təmizlənmiş, xırda doğranmış lobyanı əlavə edib, 15 dəqiqə bişiririk. Tavanı qüvvətli oda qoyub, oraya zeytun yağı ilə xırda doğranmış soğanı əlavə edirik. Soğanın qoxusu çıxıb rəngi şeffaf olana qədər təxminən 4-5 dəqiqə qovururuq. Sonra üzərinə suyu süzülmüş lobyanı əlavə edib, 5-10 dəqiqə qovururuq. Lobyanın rəngi dönəndə, pomidoru əlavə edib 5-10 dəqiqə bişiririk. Lobyanın bir qədər yumuşaq olması üçün yarım stəkan su əlavə edib, 3-4 dəqiqədən sonra qazanının altını azaldıb qapağını bağlayıb, təxminən 25-30 dəqiqə vaxtaşırı qarışdıraraq bişiririk.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
-
Nazir müəllimləri təbrik etdi
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat





