Yanvar ayında sağlamlığınız üçün bəzi meyvələrdən uzaq durmağınız tövsiyə olunur. Bu meyvələr adətən mövsümü olmadıqda təbii olmayan şəraitdə yetişdirilir.
Milli.Az xəbər verir ki, xüsusilə üç meyvədən çəkinmək sağlamlıq və çəki idarəsi baxımından əhəmiyyət daşıyır.
Üzüm - yay mövsümünün sevilən meyvələrindən biri olsa da, yanvar ayında tövsiyə edilmir. Bu dövrdə satılan üzümlər adətən istixanalarda yetişdirildiyindən təbii şəraitdə böyümür. Üstəlik, yüksək şəkər tərkibi qan şəkərini tez bir zamanda artıraraq arıqlama prosesinə mənfi təsir göstərə bilər. Diyabet xəstələri və pəhriz saxlayanlar üçün üzüm istehlakından qaçınmaq məsləhətdir.
Çiyələk - yanvar ayında əsasən idxal və ya istixana məhsulu olduğu üçün təbii dadını itirir və pestisid qalıqları ilə hormonlar ehtiva edə bilər. Bu isə həm sağlamlıq baxımından zərərli, həm də orqanizmin ehtiyaclarına uyğun olmayan qida qəbuluna səbəb olur. Çiyələk sevənlər üçün ən yaxşı vaxt yaz və yay mövsümləridir.
Banan - hər nə qədər il boyu istehlak edilə bilsə də, yanvar ayında uzaq məsafələrdən gətirilən bananlar tam yetişməmiş ola bilər. Yüksək kalorili və karbohidrat tərkibli olduğu üçün xüsusilə arıqlamaq istəyənlər üçün banandan qaçmaq faydalıdır.
Sağlam həyat və balanslı qidalanma üçün hər meyvəni öz mövsümündə yemək vacibdir. Yanvar ayında portağal, mandarin və alma kimi mövsümə uyğun alternativləri seçərək həm orqanizmin ehtiyaclarını qarşılaya, həm də sağlam bir pəhriz saxlaya bilərsiniz.
İsmayıl
Milli.Az