Rusiya

Telman İsmayılovla bağlı YENİ XƏBƏR

5 Oktyabr 2021 16:12
0 Şərh     Baxış: 1 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Baş Prokurorluğu azərbaycanlı iş adamı Telman İsmayılovun Rusiyaya təhvil verilməsi ilə bağlı sorğu hazırlamağa başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Telman İsmayılovun ekstradisiyası üçün Çernoqoriya prokurorluğu ilə əməkdaşlıq aparılır.

"Rusiya Federasiyası Baş Prokurorluğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada Çernoqoriyanın səlahiyyətli orqanları ilə qarşılıqlı əlaqə qurur. Hazırda Telman İsmayılovun Rusiya Federasiyasına ekstradisiyası üçün sorğunun hazırlanması işləri aparılır", - məlumatda qeyd olunub.

Xatırladaq ki, Çernoqoriyanın Podqoritsa məhkəməsi oktyabrın 2-də Telman İsmayılovun barədə həbs qərarı çıxarıb. Rusiya tərəfinin sorğusu əsasında saxlanılan azərbaycanlı iş adamı iki sahibkarın qətlinin təşkilində günahlandırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.