Rusiya

Moskvada güclü partlayış baş verdi - VİDEO

30 İyun 2025 15:33
Baxış: 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvanın Plexanov küçəsində baş verən partlayışın görüntüləri sosial mediada yayılıb.

Milli.Az xəbər verir ki, hadisə iyunun 30-da qeydə alınıb və "Shot Telegram" kanalı tərəfindən yayımlanan müşahidə kamerası görüntülərində binanın aşağı hissəsindən alov topunun püskürdüyü, partlayış dalğasının isə yaxınlıqdakı avtomobili sıradan çıxardığı görünür.

Partlayışdan sonra baş verən yanğın artıq söndürülüb və ilkin məlumata görə, tələfat qeydə alınmayıb.

Hadisənin ilkin versiyasına görə, Plexanov küçəsində avtomobil partlayıb. Lakin sonradan bəzi "Telegram" kanalları insidentə səbəb kimi dizel generatorunun partlamasını göstərib. Hazırda hadisənin dəqiq səbəbi ilə bağlı araşdırmalar davam edir.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.