Rusiya

Rusiyada işgəncələrə məruz qalan Kamal Səfərov və Əziz Abbasov xəstəxanadan buraxılıblar

29 İyun 2025 19:07
Baxış: 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yekaterinburqda iyunun 27-də saxlanılan zaman işgəncələrə məruz qalan Kamal Səfərov və Əziz Abbasov xəstəxanadan buraxılıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün Yekaterinburqda zor tətbiq edilməklə saxlanılan doqquz azərbaycanlı ilə bağlı məhkəmə prosessi keçirilib. Məhkəmənin qərarına əsasən, altı azərbaycanlı barəsində müxtəlif müddətlərdə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.