İki nəfər Qax sakininə it hücum edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Cüdüllü kəndində fermada baş verib.
Belə ki, fermadakı çoban iti kənd sakinləri Hətəmov Fəxrəddin və Hümbətov Məhəmmədə hücum edərək onlara ağır xəsarətlər yetirib.
Yaralılar dərhal Qax rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Hətəmov Fəxrəddinin durumu ağır olduğundan təcili əməliyyata alınıb.
Hazırda hər iki şəxsə tibbi yardımlar göstərilir.
Milli.Az