Ölkə

“Dream Fest”dən çıxarılan rus məşhurların SİYAHISI - yenilənib

29 İyun 2025 19:37
Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

19:37

Siyahıda məşhur simalar yer alır. 

Belə ki, səhnə alması planlaşdırılan Ani Lorak, Timati, Alsu, Yeqor Krid, Artık Asti, İrina Dubtsova, Klava Koka, Mona və İvka kimi ulduzlar festivaldan kənarlaşdırılıb.

Onlarla bağlı paylaşımlar "Dream Fest"in sosial media hesablarından silinib.

Həmçinin, qırmızı xalı aparıcılarından Regina Todorenko da siyahıdan çıxarılıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin qərarına əsasən, Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilib.  (Olay)

------------
17:15

"DREAM FEST 2025" beynəlxalq musiqi festivalı iyulun 23-dən 26-dək yenilənmiş proqramla keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov instaqram hesabında paylaşım edib.

Onun sözlərinə görə, iyunun 29-da Azərbaycan Mədəniyyət Nazirliyinin açıqlaması ilə əlaqədar tədbirin proqramında dəyişikliklərin edilməsi planlaşdırılır:

"Birinci və üçüncü günlər üçün heyət faktiki olaraq dəyişməz qalacaq, təşkilatçılar isə ikinci və dördüncü günlər üçün yeni adlar hazırlayacaqlar. Dünyanın dörd bir yanından gələn ulduz ifaçıların yenilənmiş heyəti yaxın günlərdə açıqlanacaq".

Zəruri hallarda biletlərin dəyişdirilməsi və qaytarılması bilet operatorlarının qaydalarına uyğun olaraq mümkün olacaq.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyi Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edib.

Onu da əlavə edək ki, festivalda bir sıra məşhur rusiyalı sənətçilərin iştirakı nəzərdə tutulurdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.