İdman

Tanınmış idman şərhçisi Sabri Ugan vəfat edib

29 İyun 2025 20:09
Baxış: 464
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin məşhur idman şərhçisi Sabri Ugan, 62 yaşında dünyasını dəyişib. Ustad spiker uzun müddətdir xərçənglə mübarizə aparırdı.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çempionlar Liqası və Super Liqa matçlarında səsləndirdiyi şərhlərlə yaddaşlara həkk olunan Sabri Ugan, indi səsi ilə xatırlanacaq.

Tarixə keçmiş saysız-hesabsız qarşılaşmanı tamaşaçılara çatdıran Sabri Ugan, bir çox televiziya kanalında müxtəlif layihələrdə çalışmışdı.

Təxminən 25 il ərzində, idmansevərlər ən önəmli matçları onun səsi ilə dinləmişdir.

Son illərdə Sabri Ugan öz şəxsi YouTube kanalında gündəmi şərh edirdi. 

Onun həyatda qalmaqla bağlı verdiyi mesajlar yer aldığı son videosunda belə ifadə olunmuşdu:

"Ən ağır xəstəliklərdən biri ilə qarşı-qarşıya qalmışam, amma ruhdan düşmürəm. Həyata möhkəm sarılıram, çünki bilirəm ki, bu xəstəliyin müalicəsində əsas rol mənimdir. Əvvəlcə şəkər xəstəliyi çıxdı, sonra da şəkərimi daha da yüksəltdi. Həyatımı xilas edən tibb bacılarına nə qədər təşəkkür etsəm, azdır."
 

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.