Ölkə

“Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb” - VİDEO

29 İyun 2025 22:58
Baxış: 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya Federal təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən döyülən azərbaycanlılar xəstəxanada silahlı şəxslərin nəzarəti altında saxlanılır".

Milli.Az xəbər verir ki, bunu öldürülən Ziyəddin və Hüseyn Səfərovların qardaşı Seyfəddin Hüseynli bildirib.

O, əlavə edib ki, döyülən və reanimasiyada olan şəxslərin vəziyyəti ağırdır və onların hər hansısa bir şəxslə görüşünə Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən icazə verilmir.

Seyfəddin Hüseynli onu da bildirib ki, öldürülən qardaşlarının meyitləri üçün Rusiya tərəfindən təyin edilən saxta ekspertiza rəyi ilə razılaşmırlar və onların əsl ölüm səbəbini aydınlaşdırmaq üçün yeni rəyin təyin olunmasını tələb edirlər.

Seyfəddin Hüseynli eyni zmanda Yekaterinburqda həbs edilən azərbaycanlılar üçün keçirilən məhkəmə prosesi barədə də danışıb. Bildirib ki, bu qondarma məhkəmə prosesindən başqa bir şey ifadə etmir.

Ətraflı "Xəzər Xəbər"in videomaterialında:

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.