Ölkə

“Gəncəli Mübariz” xərçəngə tutuldu - Vəziyyəti ağırdır

30 İyun 2025 11:19
Baxış: 1 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

25 ildir həbsdə saxlanılan "Gəncəli Mübariz" kimi tanınan Mübariz Ramiz oğlu Niyazovun səhhətində ciddi ağırlaşmalar qeydə alınıb.

Milli.Az xəbər verir ki, 72 yaşlı Mübariz Niyazovun uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Belə ki, o, 1 dəfə Penitensiar Xidmətin Müalicə Müəssisəsində, 2 dəfə isə Milli Onkologiya Mərkəzində əməliyyat olunub. Bununla yanaşı Mübariz Niyazovun digər xəstəliklərdən də əziyyət çəkdiyi, ürəyinə 4 stend yerləşdirilidiyi bildirilib. Bu ilin 2 iyun tarixində stendin dəyişdirilməsi zamanı isə o, kliniki ölüm keçirib.

Qeyd edək ki, şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkən "Gəncəli Mübariz" ömürlük həbs cəzasına məhkum edilib və 25-ildir ki, cəzaçəkmə müəssisəsindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.