Ölkə

Səfərov qardaşlarının nəşi təhvil verildi - VİDEO

30 İyun 2025 14:40
Baxış: 880
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı qardaşlar - Ziyəddin və Hüseyn Səfərovların nəşi qohumlarına təhvil verilib.

Milli.Az xəbər verir ki, bu barədə REAL TV məlumat yayıb.

Daha əvvəl Azərbaycanın Yekaterinburqdadakı Baş Konsulluğu cənazələrin Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqundan alınmasının həyata keçirildiyini açıqlamışdı.

Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə nəticəsində 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb.

Öldürülən şəxslər tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.