Texnologiya

“Google”dan təcili xəbərdarlıq: Telefonunuzda bu funksiyanı silin

30 İyun 2025 11:00
Baxış: 1 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Google", kibercinayətkarlar tərəfindən istifadə edilən yeni hücum üsuluna qarşı tədbir görmələri barədə xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, fırıldaqçılar mobil şəbəkə tərəfindən bloklanmadan, yaxınlıqdakı mobil telefonlara minlərlə saxta mətn mesajı göndərmək üçün "SMS blaster" adlı funksiyadan istifadə edirlər.

Bu texnologiya ilə mobil telefonlar real telefon qülləsi ilə deyil, 2G şəbəkəsi kimi görünən saxta siqnalla aldadılaraq əlaqəyə girir. Nəticədə qurbanların nömrələri toplanmadan belə, onlara fırıldaq mesajları göndərilir.

Android istifadəçilərinə cihazlarında 2G şəbəkəsini söndürmək tövsiyə olunur.

iPhone istifadəçiləri isə tanımadıqları şəxslərdən gələn mesajları avtomatik süzgəcdən keçirə bilərlər.

Hüquq-mühafizə orqanları vətəndaşları belə mesajlardakı keçidlərə daxil olmamağa və şəxsi məlumatlarını paylaşmamağa çağırır.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.