ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli görüşü irəli sürərkən, Fransa Prezidenti Emmanuel Makron: Masada bir Avropa lideri də olmalıdır, deyə vurğulayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Düşünürəm ki, bunun ardınca ehtimal ki, dördtərəfli bir görüşə ehtiyac olacaq. Çünki təhlükəsizlik təminatlarından danışanda, Avropa qitəsinin bütöv təhlükəsizliyindən danışırıq," - o, bildirib.
Trampın bu ideyaya yaxın zamanda müsbət yanaşması ehtimalı az görünür, çünki o, müharibəni sona çatdırmaq üzərində çalışır.
Amma Makronun fikri göstərir ki, bu günkü danışıqlar yalnız Ukrayna üçün deyil, eyni zamanda bütün Avropa üçün nə qədər önəmli məsələdir.
Lalə Qüdrətova
Milli.Az