Arıqlama dayanıb? Bu vacib vitamini gözdən qaçırmadığınıza əmin olun
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dəmir çatışmazlığı arıqlama prosesini çətinləşdirə bilər, çünki bu, hemoglobin səviyyəsini azaldır və maddələr mübadiləsini zəiflədir. Nəticədə bədən istirahət halında daha az kalori yandırır və bu da çəkinin azalmasını ləngidir.
Milli.Az xəbər verir ki, bu barədə ukraynalı gastroenteroloq Yevheniia Belinskanın Instagram səhifəsində məlumat verilir.
Dəmir çatışmazlığı zamanı nə baş verir?
Dəmir çatışmazlığı olan insanlarda tez-tez şirniyyata qarşı istək yaranır. Bu, beynin enerji çatışmazlığından əziyyət çəkməsi ilə əlaqədardır. Şəkər beyin tərəfindən tez enerji mənbəyi kimi qəbul olunur və gündəlik fəaliyyət üçün "yanacaq" rolunu oynayır.
Əgər arıqlama prosesi dayanıbsa və idman etməyə enerji yoxdursa, hər hansı bir pəhriz insana ağır gələ bilər. Çox vaxt problemin səbəbi düşündüyümüzdən daha dərindir.
Aşağı ferritin səviyyəsi aşağı enerji, yavaş maddələr mübadiləsi və daim şirniyyata olan istəklə nəticələnir.
Qeyd etmək vacibdir ki, ferritin səviyyəsi bədəndə iltihab və ya piylənmiş qaraciyər (yağlı qaraciyər xəstəliyi) zamanı normal, hətta yüksək ola bilər. Buna görə düzgün diaqnoz üçün əlavə testlərin verilməsi tövsiyə olunur:
serum dəmiri
transferin saturasiyası
ümumi qan analizi
C-reaktiv zülal (CRP)
Dəmir həmçinin narahatlığa (anksiyete) təsir edir. Şirniyyat yemək zamanı beyində daha çox dopamin və serotonin ifraz olunur, bu da insanda xoşbəxtlik hissi yaradır və müvəqqəti olaraq narahatlığı azaldır.
Dəmir çatışmazlığı zamanı bədəndə kifayət qədər enerji olmadığından fiziki aktivlik də azalır və bu, arıqlama prosesini daha da ləngidir.
Dəmir çatışmazlığının simptomları
Dəmir çatışmazlığı (anemiya) tədricən inkişaf edir və erkən mərhələdə simptomlar çox vaxt nəzərə çarpmır. Ən çox rast gəlinən əlamətlər bunlardır:
davamlı yorğunluq, halsızlıq və enerji çatışmazlığı
başgicəllənmə və ya tez-tez baş ağrıları
solğun və ya sarımtıl dəri, solğun selikli qişalar (dodaqlar, göz qapaqlarının içi)
ürəkdöyünmə, az hərəkətlə belə təngnəfəslik
əllərin və ayaqların soyuq olması, normaldan çox üşümə hissi
kövrək və ya mat saçlar, saç tökülməsi
quru dəri
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pasportları alüminium folyoya bükürlər
-
Saçlarını mineral su ilə yumağa başladılar
-
Satış ömrü çox qısadır - suyunu içən şəfa tapır
-
“Ajda mənim ona rəqib olacağımı düşündü…” - Semiramis Pekkan
-
Dibi tutmuş tavanı belə təmizləyin - Saatlarla sürtməyə ehtiyac yoxdur
-
Demetdən "Eşref tek"in davamında yer almamasına reaksiya
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib - (Foto)
-
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
-
Azərbaycan millisi 3-cü qolla qalib gəlib - Yenilənib - (Video)
-
“Röya telefonu üzümə bağladı” - Samir Bağırov
-
Ucuz məhsul baha başa gəldi - "Dedi ki, pulu atın göndərirəm" - (Video)
-
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər
-
İran Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus PUA-nı vurduğunu açıqlayıb
-
Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur
-
“Məni vursalar, sizin də axırınız çatacaq” - Tramp
-
Bülbülə gölü daşdı, evləri su basdı - (Video)
-
“Çətin gün idi, həkimlərimə təşəkkür edirəm” - Leyla Quliyeva
-
Emin Mahmudov Azərbaycan millisi ilə vidalaşdı - (Video)
-
Kürdəmirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib - (Foto)
-
Şahin Əliyev vəfat etdi - (Foto)
-
Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb
-
Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
-
Bakı İcra Hakimiyyətində dəyişikliklər: Yeni təyinatlar...





