Türkiyə

Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO

30 İyun 2025 17:21
Baxış: 731
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi,  "Büyükfırat" restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın oğlu Bakıda faciəvi şəkildə həyatını itirib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, 27 yaşlı Ebrarcan Büyükfıratın meyiti yaşadığı Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsindəki binanın qarşısında tapılıb. O, "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Türkiyə mətbuatında Bakıda hadisənin baş verdiyi gün Hüseyn Büyükfıratın qardaşı Abdulkadirin oğlunun da dünyasını dəyişdiyi barədə məlumat yayılıb. Belə ki, Iğdır vilayətinin gəlirlər idarəsinin (xəzinədarlıq) rəhbəri olan A.Büyükfıratın oğlu Mehmet Engin Büyükfırat Adıyaman vilayətinin Samsat qəsəbəsi yaxınlığında baş vermiş ağır qəzada həyatını itirib. Kiçiktutumlu yük maşını ilə minik avtomobilinin toqquşduğu hadisədə daha 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Qeyd edək ki, Büyükfırat ailəsi əslən Türkiyənin Şanlıurfa bölgəsindəndir və xeyriyyəçi nəsil kimi də tanınır.

H. Büyükfırat həm də Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədridir.

Fotoda: Ebrarcan Büyükfırat

Fotoda: Mehmet Engin Büyükfırat

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.