Rusiyada qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların nəşi yenidən ekspertizadan keçiriləcək.
Milli.Az xəbər verir ki, bu sözləri Yekaterinburqda öldürülən Səfərovların qardaşı Seyfəddin Hüseynli deyib.
"Rusiya tərəfinin qardaşlarımın guya həyəcandan öldüyünü iddia etməsi inandırıcı deyil. Buna görə də onların nəşinin Azərbaycanda yenidən ekspertizadan keçiriləcək" - deyə S.Hüseynli qeyd edib.
Milli.Az