İdman

Rəşad Sadıqov: "Nəticə mənim üçün önəmli deyil"

30 İyun 2025 21:45
Baxış: 576
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yoxlama oyunlarında zəif çıxış etmək problem deyil.

Milli.Az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"la keçirilən yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.

Mütəxəssis məğlubiyyətə baxmayaraq oyundan razı qaldığını bildirib:

"Mövsümün başa çatmasından sonra ilk yoxlama görüşümüzü keçirdik. Bizə əsas lazımdır ki, daha çox yoxlama matçları keçirək və fiziki göstəricilərimizi artıraq. Qol buraxmaq yaxşı hal deyil. Lakin bu gün 4:0 hesabı ilə qalib gəlsəydik belə, nəticə mənim üçün önəmli deyil. Əsas odur ki, bu cür yoxlama görüşlərində öz səhvlərimizi görək və onların üzərində işləyək. Yoxlama oyunlarında zəif çıxış etmək problem deyil. Əsas odur ki, rəsmi qarşılaşmalarda bu cür səhvlər buraxmayasan".

Qeyd edək ki, "Qarabağ" bu gün "Azərsun Arena"da keçirilən yoxlama oyununda "Zirə"yə 4:0 hesabı ilə qalib gəlib.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.