Hadisə

Bakının mərkəzindəki binada tavan çöküb - VİDEO

30 İyun 2025 22:51
Baxış: 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının mərkəzində binanın tavanı çökdü... İçərini su basdı... Pəncərisndəm qapısına, tavanından döşəməsinədək təhlükəli vəziyyət yaranan binanın sakinləri çarəsiz durumdadır...

Binanın 2-ci mərtəbəsində illərdir ki, su boruları çürüyüb, nəticədə mütəmadi olaraq sızma baş verir.

Sakinlərin sözlərinə görə, binada əvvəldən problem olub. Lakin son günlərdə vəziyyət daha təhlükəli hal alıb.

Nəsimi Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin tikili tarixi binadır və 1906-ci ildə istifadəyə verilib. Hazırda qəzalı vəziyyətdədir. Bina tarixi əhəmiyyət daşıdığına görə də xüsusi layihə əsasında təmir edilməlidir.

Təmir-bərpa işlərinin aparılması üçün də bütün aidiyyəti qurumlara müraciət olunub.

Daha ətraflı videomaterialı təqdim edirik.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.