Ölkə

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşinin ekspertizası başladı - yenilənib - FOTO

30 İyun 2025 22:38
Baxış: 1 056
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

22:38

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşinin ekspertizası başlayıb.

Trend xəbər verir ki, mərhumların nəşi məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nə təhvil verilib.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Yekaterinburq şəhərində OMON-un azərbaycanlıların yaşadığı evlərə keçirdiyi basqın zamanı Səfərov qardaşları güllələnərək qətlə yetirilib, bir neçə nəfər saxlanılıb.

------------
21:07


Yekaterinburqda amansızlıqla qətlə yetirilən qardaşların meyiti Azərbaycanda yaxınlarına təhvil verilib.

APA xəbər verir ki, meyitlər ekspertizadan keçiriləcək, sabah isə Ağcabədidə torpağa tapşırılacaq.

---------
20:44


Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların cənazəsi Bakıya gətirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, cənazələri daşıyan "Ural Airlines" aviaşirkətinə məxsus təyyarə hava limanına eniş edib.

Qeyd edək ki, iyunun 27-də səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib. FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.