Dünya

BMT Fransa polisinin zorakılığını gündəmə gətirdi: Ölüm halları artıb

30 İyun 2025 17:52
Baxış: 277
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT İnsan hüquqları Ali Komissarlığının ofisinin İşgəncələrə Qarşı Komitəsinin Fransa ilə bağlı toplantısında ölkədə polis zorakılığı ilə bağlı məsələ qaldırılıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, komitənin Fransa üzrə həmməruzəçisi və ekspert Xorxe Kontesse (Jorge Contesse) qeyd edib ki, yol hərəkəti qaydalarına nəzarətin həyata keçirilməsi və etiraz aksiyaları zamanı Fransa polisi tərəfindən həddindən artıq güc tətbiq edilməsi bəzi hallarda mülki şəxslərin ciddi xəsarət almasına, hətta ölüm hallarına səbəb olub:

"2017-ci ildə qəbul edilmiş və polis əməkdaşlarına ciddi təhlükə törədilməsi ehtimalı olan mülki şəxslərə qarşı atəş açmağa icazə verən qanunun həmin ildən etibarən polis müdaxilələri nəticəsində baş verən ölüm hallarının artmasına səbəb olub".

Fransanı təmsil edən nümayəndə heyətinin üzvləri bildiriblər ki, məhkəmələr zorakılığın həddindən artıq tətbiq olunması hallarında müvafiq cəzalar, o cümlədən həbs cəzaları tətbiq edib.

"2021-ci ildə həddindən artıq güc tətbiq edilməsi ilə bağlı 350 hal qeydə alınıb", - toplantıda bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.