Dünya

19 yaşlı Abdullayevi güllələyən polis indi haradadır? - VİDEO

30 İyun 2025 17:40
Baxış: 1 064
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən qətliam təxminən 4 il əvvəl elə Rusiyada həmvətənimizə qarşı daha bir polis vəhşiliyini yada salıb.

Milli.Az xəbər verir ki, 2021-cil il mayın 28-də Novosibirsk vilayətinin Moskovski rayonunda avtomobillə bağlı kiçik insident zamanı rus polisi əsassız yerə 19 yaşlı əslən azərbaycanlı olan Rusiya vətəndaşı Vəkil Abdullayevi başından güllələyib öldürmüşdü.

Abdullayevin ölümündən sonra Rusiya məhkəməsi həmin polis əməkdaşının 2 ay, yəni istintaq müddətində həbsi barədə qərar qəbul etdi. Lakin polisin həbsindən 4 gün sonra Rusiyanın İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin tələbi ilə o, azad edildi. Bastrıkinin tələbi həm qətl edilən gəncin ailəsinin, həm də Azərbaycan cəmiyyətinin etirazına baxmayaraq, polisin məsuliyyətdən yayınması ilə nəticələndi. Abdullayevi əsassız şəkildə güllələyən polis əməkdaşı hələ də məsuliyyətə cəlb edilməyib və məhkəmə qarşısına çıxarılmayıb. (Axar.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.