Rusiya

Quranı yandırmışdı, indi də dövlətə xəyanətdə ittiham edilir

3 Oktyabr 2024 11:10
Baxış: 1 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il Rusiyada Quranı yandırmaqda təqsirli bilinərək 3,5 il müddətinə azadlıqdan məhrum edilən Nikita Juravelə qarşı dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Baş Prokurorluğu yayıb. 

İstintaq məlumatına görə, ötən ilin martında Juravel Rusiya ordusunun hərbi texnikasının hərəkətini əks etdirən videonu, eləcə də hərbi hissələrdən birinə məxsus xidməti avtomobilin hərəkət istiqaməti barədə məlumatları Ukraynanın Təhlükəsizlik Xidmətinə ötürüb. 

Bildirilir ki, Nikita Juravel messencer vasitəsilə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı ilə əlaqə saxlayıb və əməkdaşlıq təklif edib. 

İş baxılması üçün məhkəməyə göndərilib. 

Xatırladaq ki, 20 yaşlı N.Juravel 2023-cü ilin mayında Volqoqradda məscidin yaxınlığında Quranı yandırdığına görə saxlanılmışdı. O, dindirilmə zamanı bunu Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə pula görə törətdiyini iddia etmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.