Rusiya

Putinin nüvə hədəsi puç oldu - yeni "alət" lazımdır

23 Sentyabr 2024 09:18
Baxış: 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kreml anlayır ki, onun Qərbi nüvə silahı ilə qorxutmaq taktikası öz effektivliyini itirir. İndi Vladimir Putin "qırmızı xətlər"ini qorumaq üçün bəzi yeni alətlər hazırlamalıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Vaşinqton Post" mənbəyə istinadən məlumat yayıb.

"Artıq belə bəyanatlara qarşı "immunitet" var və bu, heç kimi qorxutmur", - mənbə bildirib.

Rusiya Xarici İşlər Nazirliyinə yaxın olan mənbə etiraf edib ki, Rusiyanın nüvə silahından istifadə etməsi ehtimalı azdır, çünki bu, Rusiyanın Qlobal Cənubdakı tərəfdaşları arasında narazılığa gətirib çıxara bilər və həmçinin, açıq-aydın, hərbi nöqteyi-nəzərdən o qədər də effektiv deyil.

Qeyd olunur ki, ABŞ-ın Qərb silahlarının Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək qadağasını ləğv etməməsi Kremli müəyyən dərəcədə arxayınlaşdırdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.